SMS Reklam

Məqsədlər:

Auditoriyanın geniş əhatə olunması

Diqqət və yaddaqalanlıq

Məlumatın rahat çatdırılması

Oflayn marketinq

SMS xidməti - Mesajların kütləvi göndərilməsi

SMS marketinq - malların və xidmətlərin SMS xidməti vasitəsilə təşviqini həyata keçirən marketinq alətidir. Bu zaman SMS yayım olduqca effektiv kommunikasiya vasitədir: statistikaya əsasən, daxil olan SMS-ləri istifadəçilərin 90% oxuyur və bu kanaldan qayıdan investisiya təxminən 400% təşkil edir.

SMS marketinq iki cür olur:

- Puş (ingilis: push - itələmək) - reklamçı özü SMS-yayım vasitəsilə istehlakçıya mesaj göndərməyi təşəbbüs edir;

- Pul (ingilis: pull- çəkmək) - istehlakçı kommunikasiyanı özü başladır; belə ki, mobil operatorun qısa nömrəsinə SMS göndərib cavabında reklam verəndən məlumat alır.

SMS xidməti – Mesajların kütləvi göndərilməsi

 

Həmçinin, SMS məlumatlandırma da var. Bu, SMS-marketinqin alt növüdür ki, burada abunəçilərə, birbaşa mal və xidmət reklamı olmadan, məlumat xarakterli mesajlar göndərilir. SMS-məlumatlandırma bir çox biznes sahələrində, məsələn, banklarda müştərilərə balansın doldurulması, taksilərdə - nəqliyyatın gəlişi haqda xəbərdarlıq üçün; internet mağazalarda - müştəriləri sifarişlərin vəziyyəti haqqında məlumat vermək məqsədilə istifadə olunur.

Kütləvi SMS yayımı üçün nömrələr müştərilərin kontakt bazasından götürülür, yəni əvvəldən sizin şirkətinizin xidmətlərilə maraqlanan şəxslərdən alınır. İnsanların sizə öz nömrələrini verməsi artıq onların sizə olan etibarından xəbər verir və bu etibarı itirməmək çox vacibdir. SMS-yayımda yeni sərfəli təkliflər haqqında məlumat vermək, bayram təbrikləri etmək daha yaxşıdır. Bu halda mesajların müntəzəmliyi həftədə iki dəfədən çox olmamalıdır; onda paylamanın effektivliyi maksimum olacaqdır.

SMS-bülletenə reaksiya vermə sürəti radio və televiziya, reklam və ya əlavələr reklamlarından daha yüksəkdir. Abunəçilərin təxminən 10% -i mesajı aldığı gün şirkətə zəng və ya vizit edir.

SMS və e-mail yayımlarının effektivliyini müqayisə etsək, hər birinin öz üstünlükləri vardır: məsələn, SMS məhdud sayda simvollara malikdir, eyni zamanda, sim-kart itirilmiş ola bilər,  e-mail ünvan isə uzun illər dəyişməz qalır. Mobil telefonu hər zaman əl altındadır; düzdür, bu gün poçt da telefondadır, lakin önəmli odur ki, SMS mesajları az halda oxunmamış qalır. Buna görə də uğurlu fəaliyyət üçün hər iki növ yayımı birləşdirmək məqsədəuyğundur: SMS və e-mail, çünki əksər hallarda onlar bir-birini tamamlayır. Məqsəddən asılı olaraq onları birləşdirmək və kombinə etmək olar. Məsələn, SMS göndərişi xatırlatma kimi istifadə etmək, yəni müştəriyə e-mail ünvana məktub gəlməsi haqda bildiriş kimi göndərə bilərsiniz. E-mail göndərmək SMS kimi bahalı deyil, buna görə pula qənaət edəcək bir ssenari düzəldə bilərsiniz: məsələn, pulsuz push bildirişlərdən başlayıb, ardınca əlavə e-mail, və yalnız bundan sonra SMS göndərin.

SMS yayımının effektivliyinin maksimum olması üçün onun təşkilatında müəyyən qayda və incəliklərə riayət etməlisiniz. Bizim şirkətin mütəxəssisləri sizə bu sahədə kömək etməyə hazırdırlar. Bizdə mobil operatorların böyük məlumat bazası var və yayımların məzmun və məqsədinə görə konkret auditoriya tərəfindən hansı mesajların tələb olunacağını bilirik.

Sosial şəbəkələrdə irəliləmə

KONTENT MARKETINQ Unikal mətnlərin yaradılması

Tədbirlərin təşkili və keçirilməsi

Məqsədlər:

Brendin tanınması

Konversiyanın yüksəldilməsi

Satışın artırılması

Əməkdaşlıq

Kanal seçin

МАРКЕТИНГ

РАЗРАБОТКА

ДИЗАЙН

BİZNES