Brendləşdirmə

Oflayn marketinq

Brendləşdirmə - brend obrazının yaradılması və irəlilədirilməsi

Brendləşdirmənin məqsədi – brendin aydın imicinin və kommunikasiya istiqamətini dəqiq şəkildə formalaşdırmaqdır. Brendləşdirmə - bazarın tədqiqatı, məhsulun yerləşdirilməsi, markanın adı, şüarı, ticarət nişanı və s., həmçinin, məhsulu fərqləndirmək yolu və onun bazarda irəlilədilməsi üsullarını əhatə edir.

Brendləşdirmə - brend obrazının yaradılması və irəlilədirilməsi

 

Brendləşdirmənin vəzifəsi - yalnız özünü istehlakçılara elan etmək deyil, həm də onların məhsula aşiq olmasını təmin etməkdir. Marketinq kommunikasiya kompleksi vasitəsilə brend istehlakçıların şüuruna yeridilərək, ona qarşı xüsusi dəyər hissi oyadır. Bu zaman istehlakçının şüuraltına təsir edərək, onda müəyyən emosiya yaratmaq vacibdir.

Mövcud rəqabəti nəzərə alaraq, brendləşmə daim inkişaf etməlidir. Peşəkar brendləşdirmə istehlakçıya kommunikativ təsir üçün marketinq vasitələrinin bütün arsenalından da istifadə edir.

 

Mükəmməl peşəkar brendinq sizə imkan verir:

  • Planlaşdırılan satış həcmini konkret bazarda qorumaq və istehlakçıların şüurunda məhsulun obrazını yaratmaq və möhkəmləndirmək üçün uzunmüddətli bir proqram həyata keçirməyə;
  • Məhsul assortimentini və onların ümumi unikal xassələri haqqında bilikləri genişləndirərək, gəlirin artmasını təmin etməyə (kollektiv obraz vasitəsilə təlqin edilir);
  • İstehlakçıların tələblərini nəzərə alaraq, reklam materiallarında və kampaniyalarda məhsulun hazırlandığı ölkənin, bölgənin, şəhərin mədəniyyətini əks etdirməyə;

 

Peşəkar brendləşdirmənin yaradılması üzrə xidmətlər

 

Brendləşdirmənin effektiv həyata keçirilməsi asan məsələ deyil; onun effektivliyi yalnız reklamçının peşəkar bilik və sahibkarlıq mədəniyyətindən, əməkdaşlıq etdiyi reklam agentliyindən deyil, həmçinin, onların intellektual mülkiyyət, ticarət nişanları, dizayn və mətnlərlə işləmək qabiliyyətindən asılıdır.

Agentliyimiz brendlərin yaradılmasına peşəkarcasına yanaşır.

 

Brendləşdirmənin əsas mərhələləri:

  • Bazar vəziyyətinin və hədəf auditoriyasının təhlili (və ya brend statusu, artıq yaradılmışdırsa);
  • Brendin məğzinin formalaşdırılması, yerləşdirilməsi, brendin idarə strategiyasının hazırlanması;
  • vizual və verbal identifikasiya (fərqləndirmə) sisteminin yaradılması, brend imicinin inkişaf etdirilməsi, bir sıra brendin komplekt sənədlərinin yaradılması;
  • Brendin irəlilədilməsi (istehlakçılar və brend arasında güclü əlaqə yaratmaq üçün inteqrasiya edilmiş marketinq kommunikasiyaları istifadə etməklə);
  • Brendin monitorinqi və effektivliyinin qiymətləndirilməsi.

 

Məqsədlər:

Brendin tanınması

Konversiyanın yüksəldilməsi

Satışın artırılması

Əməkdaşlıq

Kanal seçin

Dizayn

Veb inkişafı

Onlayn kanallar

Oflayn kanallar

Biznes