Korporativ veb sayt

Məqsədlər:

Biznes proseslərinin vizuallaşdırılması

Brendin irəlilədilməsi

Müsbət imicin dəstəklənməsi

Veb-inkişaf

Korporativ veb-saytın yaradılması - şirkətin müsbət imicinin formalaşması və dəstəklənməsi.

Müasir marketinq nəzəriyyəsi Web-PR-ı (yəni, veb-saytın, onlayn kataloqun olmasını, virtual konfransların təşkilini və s.) şirkətin populyarlığına, tanınmasına və etibarlılığına birbaşa təsir edən interaktiv PR-ın üç komponentindən biri hesab edir.

Korporativ tipli saytlar - internetdə şirkətin veb nümayəndəliyidir. Unikal stil və məzmun, firma stili və korporativ saytın geniş funksional imkanları tərəfdaş və müştərilərin şirkətə münasibətini formalaşdırır.

Korporativ saytın yaradılmasının üstünlükləri məlumdur:

  • yüksək səviyyədə tanınma;
  • müştəri və tərəfdaşlarda müsbət təəssürat;
  • mal və xidmətlərin təşviqi və, müvafiq olaraq, satış və gəlirlərin artması.

 

Korporativ saytın əsas komponentləri: müştəriyə fokuslanma, orijinal dizayn, informativ kontent, rahat naviqasiya və idarəetmə sistemi.

Korporativ veb-saytın yaradılması

 

Korporativ saytın hazırlanma mərhələləri:

1] Biznes Analitika. Məqsədlərin təyin edilməsi; hədəf auditoriyanın, rəqiblərin, müştərinin üstünlüklərinin təhlili, büdcənin formalaşdırılması.

2] TT yaradılması (texniki tapşırıq). Bu, ətraflı iş planı, dizayn məsələləri və proqramlaşdırma xüsusiyyətlərinin təsdiqlənməsi.

3] Sayt strukturunun yaradılması. Seçilmiş səhifələnmə maketinə əsasən elementlərin və blokların yerləşdirilməsi. Bütün detalları koordinasiya etməyə imkan verən adaptiv prototiplərin yaradılması, strukturun işlənməsi.

4] UX dizaynını yaradılması.

5] Responsiv səhifələnmə (UI element bazası). Dizayn əsasında saytın HTML səhifələrinin yerləşdirilməsi, yəni HTML-koduna köçürülməsi. Düzgün yığılmış sayt bütün brauzerlərdə və ekranın istənilən gücündə eyni şəkildə işləyir.

6] Veb proqramlaşdırma. Kontentlə idarəetmə sisteminin serverdə quraşdırılması, lazımi düzəlişlərin edilməsi, modulların quraşdırılması və proqramlaşdırılması.

7] İdarəetmə sisteminin inteqrasiyası, serverin və məlumat bazasının təhlükəsizliyinin quraşdırılması.

8] Unikal kontentin yaradılması və onun yerləşdirilməsi (video, foto, mətnlər).

9] SEO axtarış optimizasiyası.

10] Serverin quraşdırılması (hosting). Testləmə, səhvlərin düzəldilməsi. Texniki dəstək.

Korporativ veb saytın vəzifəsi - şirkətin müsbət imicini formalaşdırmaq və saxlamaqdır; burada heç bir səhv və ya çatışmazlıq olmamalıdır. Buna görə bu tip saytı müntəzəm olaraq yoxlamaq və testləmək, məlumatları yeniləmək və əlavə etmək, şəbəkədə saytın inkişafının dinamikası və irəlilədilməsini izləmək lazımdır.

Bütün bunlar ondan xəbər verir ki, korporativ saytın yaradılması yalnız peşəkarlara etibar edilməlidir. Agentliyimizdə şirkətinizi İnternetdə layiqincə təqdim edən korporativ veb sayt sifariş edə bilərsiniz. Biz effektiv və sərfəli rəqəmsal həllər yaratmaq üçün müştərilərimizin biznesinə mümkün qədər dərindən bələd oluruq.

.

Məqsədlər:

Brendin tanınması

Konversiyanın yüksəldilməsi

Satışın artırılması

Əməkdaşlıq

Kanal seçin

Dizayn

Veb inkişafı

Onlayn kanallar

Oflayn kanallar

Biznes