Press-reliz

Unikal məzmun

Press-reliz yazma xidmətləri

Press-reliz - KİV üçün nəzərdə tutulmuş və özündə kompaniya və ya müəssisənin cəmiyyət üçün potensial maraqlı xəbər daşıyan informasiya xarakterli məlumatıdır. Bu, hər hansı bir hadisə (baş vermiş və ya baş verə biləcək), tədbir, hər hansı bir kompaniyanın nailiyyəti, kompaniyanın yeni bazara çıxması, yeni əməkdaşlıq və ya layihənin reallaşdırılması və s. haqqında məlumatdır.

пресс-релиз

 

Press-relizə olan əsas tələblər hansı bir məlumatın mövcud olması və bu məlumatın geniş oxucu kütləsi üçün əhəmiyyətli olmasıdır.

Press-relizdə başlıq və mətnin ilk abzası xüsusilə vacibdir. Başlıq məlumatlandırıcı olmalıdır, ilk abzasda isə "Kim? Nə? Harda? Nə zaman? Niyə?" suallarının cavabı öz əksini tapmalıdır. Press-reliz mətni məlumat səbəbini, ekspert və mütəxəssis rəylərini, kompaniya haqqında məlumat və əlaqə vasitəsini əks etdirməlidir. Press-relizdə bədiilik, şüar, emosional ifadələr, çağırışlar və s. olmamalıdır.

Başqa sözlə desək, press-reliz əsas hadisəyə, yəni, məlumat səbəbinə maraq yaradan qısaldılmış informasiyadır. Düzgün tərtib edilmiş press-reliz potensial oxucuları gələcəkdə hadisə haqqında daha ətraflı məlumat axtarmağa və onu ziyarət etməyə (əgər bu hələ də baş verməyibsə), həmçinin press-relizin məlumat verdiyi kompaniya və ya tədbirlə maraqlanmağa vadar edəcək.

Bizim agentlik sizə fəaliyyət dairənizdən asılı olmayaraq məlumatlandırıcı və oxunaqlı press-relizlər tərtib etməyə kömək edəcək.

Unikal məzmun

Məqsədlər:

Brendin tanınması

Konversiyanın yüksəldilməsi

Satışın artırılması

Əməkdaşlıq

Kanal seçin

Dizayn

Veb inkişafı

Onlayn kanallar

Oflayn kanallar

Biznes