Storitellinq
Storitellinq - maraq və duygusal reaksiya yaradacaq hər hansı bir maraqlı hekayə danışmaqla məlumatın çatdırmağın effektiv üsuldur.
Storitellinq - marketinq fəndidir. Bu barədə danışmaq darıxdırıcı olar, daha yaxşısı.. hekayəni oxuyun!
Lakin əvvəlcə uşaqlıqdan gələn nağılları, əfsanələri, "qorxunc hekayələri" yada salaq. Niyə biz əvvəl qeyd-şərtsiz onlara inanırdıq, sonralar isə, böyüdükdə, möfhümatlıqla olmasa da, nə isə bir hörmətlə xatırlayırdıq? Çünki onların müəllifləri bilirdi: hekayə populyar olub lazımi effekti vermək üçün, onu, maraqlı qəhrəmanlardan (real və ya uydurma) istifadə edərək, anlaşılan dildə danışmaq lazımdır. Hazırda bu üsul bir çox müasir yazıçılar tərəfindən istifadə olunur, və bu baxımdan, ingilis dilindən "storitellinq" sözünün hərfi mənada tərcümə olunması təsadüf deyil.
Marketinqdə hekayə
Martetinqdə hekayənin istifadəsi başa düşülən və məntiqlıdır. Belə ki, birbaşa ötürülən reklam insanlara xoş gəlmir, çünki cəmi bir nöqteyi-nəzəri, bir baxışi, bir yanaşmanı əks etdirir. İnsanlar isə özləri etdikləri nəticələrə güvənmək istəyirlər. Məhz buna görə storitellinq – hər onu oxuyan tərəfindən informasiyanın anlaşılması, beynə həkk olması, yadda qalması üçün ən yaxşı üsuludur.
Təsadüfi deyil ki, storitellinqin məqsədi - tələb olunan fəaliyyətə motivasiya etmək, düzgün nəticə çıxarmağa həvəsləndirməkdir. Yeri gəlmişkən, storitellinq bizi hər tərəfdə əhatə edir: kitablarda, kinoda, çarxlarda, bloqlarda, məqalələrdə ... Bütün tanınmış şəxsiyyətlər – aktyorlardan başlamış siyasətçilərədək - özlərinə hekayə, stil yaradırlar.
Savadlı, düzgün yaradılmış hekayə həmişə empatiya hissi oyadır. Eyni zamanda, storitellinqdə oxucuya heç bir fikir və ya rəy sırıdılmır; oxucu özü oxuduğu və ya gördüklərinə əsasən qərar verir. Və bu storitellinqin digər formatlardan əsas fərqidir.
Beləliklə, storitellinq- maraq və duygusal reaksiya yaradacaq hər hansı bir maraqlı hekayə danışmaqla məlumatın çatdırmağın effektiv üsuldur.
Storitellinq müxtəlif sahələrdə tətbiq edilə bilər: saytların idarə olunması, məhsulun irəlilədilməsi, kouçinq və s. Arzuolunan effekti almaq və hədəf auditoriyaya təsir etmək üçün hekayə düzgün təqdim olunmalıdır.
Bunun üçün nə lazımdır?
- Qısa olun
- Hekayinizə auditoriyanı maraqlandıra biləcək bir parlaq qəhrəman obrazı salın
- Hekayəni rəngarəng edib, maraqlı dildə təqdim edin
- Öz fikrinizi sırımayın və çalışın, hekayənin finalı bitmiş olsun (istisna ola bilər).
- Bundan başqa, məqsəd yalnız auditoriyada emosiya yaratmaq deyil; konkret bu zamanda ona hansı emosiyanın lazım olduğunu anlamaq lazımdır.
Storitellinq- hər zaman sadəcə mətn deyil; bu, həmçinin, infoqrafika, videoçarx, mem və s. ola bilər. Və yaxud, hekayəni rahat oxumaq, izləmək və ya dinləmək üçün düzgün tərtib olunmuş mətn.
Storitellinqin bir çox texnikaları var, lakin hər bir konkret vəziyyət üçün yeganə düzgün seçimi etmək lazımdır. Bəzən hekayədə əsas olan qəhrəman özüdür, bəzən-onun yolu, bəzən isə-hara və nə üçün getdiyi, başına gələnlər təsvir olunur. Hekayəni kontrast üzərində də qurmaq olar, "retrospektiv" üsuldan da istifadə etmək olar, bir sözlə... istədiyiniz hər bir şeydən istifadə etmək olar.
Əsas, məxsusi olaraq sizin vəziyyətinizə, məhsulunuza, malınıza və biznesinizə hekayə hazırlaya biləcək mütəxəssislərə etibar etməkdir. Advance Azerbaijan sizə xidmətlərdən biri olaraq Storytelling xidmətini təklif edir. Və inanın ki, potensial müştərilər tərəfindən empatiyanı və istənilən effekti mütləq alacaqsız.
Unikal məzmun
Marketing alətləri
Brendin tanınması
Konversiyanın yüksəldilməsi
Satışın artırılması