Kopiraytinq
Birbaşa cavab kopiraytinqi
İmic kopiraytinqi
SEO-kopiraytinq
PR Məqalələrin Yaradılması
Kopiraytinq-kommersiya məsələlərinin mətn köməyi ilə həllidir, buna görə də kopiraytinqin əsas məqsədi pul qazanmaqdır (və ya nəzərəçarpan effekt əldə etmək). Belə bir fikir var ki, kopirayter birjanın məzmununa əsaslanaraq məqalə yazan şəxsdir. Əslində isə kopirayter mətndəki işarələrin sayına görə deyil, məsələnin həllinə görə pul alır. Buna görə də təcrübəli kopirayterin iki sətri yüzlərlə dollarla qiymətləndirilə bilər. Kopirayterlər reraytinqlə məşğul olmurlar (İlkin mətnin unikala çevrilməsi). Onlar özləri unikal mətnlər yaradırlar.
Kopiraytinqin növləri:
Birbaşa cavab kopiraytinqi - oxucunun indi və bu dəqiqə (dərhal) məhsulu almaq və ya hər hansı xidmətdən istifadəyə sövq etmək məqsədilə yaradılmış mətnlərdir;
İmic kopiraytinqi - istehlakçının şüurunda hər hansı bir brendin, xidmətin, kompaniyanın və ya şəxsin obrazının formalaşdırılması və möhkəmləndirilməsi üçün yaradılmış mətnlərdir.
SEO-kopiraytinq - bu, veb-saytlar üçün mətnlərin yaradılması və redaktəsi üçün xüsusi texnikadır. Belə ki, reklam-məlumatlandırıcı mətnlərin yaradılmasının yeganə məqsədi istifadəçiyə məlumatın təqdim edilməsi deyil, həmçinin saytın axtarış sistemlərində irəliləməsidir.
Kopirayterin işi mürəkkəb prosesdir. Bu özündə kompaniyanın fəaliyyətini, unikal ticari təklif və xidmətləri, məqsədli auditoriyanın aşkarlanmasını, unikal və maraqlı reklam-məlumatlandırıcı materialın yazılması üçün tematik ədəbiyyatın seçilməsi və analizini öyrənən bir marketinq fəaliyyətidir.
Bizim agentlik sizə istənilən çətinlikdə və istənilən mövzuda unikal mətnlər yaradan təcrübəli kopirayter xidmətləri təqdim edir.
Unikal məzmun
Marketing alətləri
Brendin tanınması
Konversiyanın yüksəldilməsi
Satışın artırılması