Unikal məzmun

Onlayn marketinq

Kontent-marketinq \ Unikal mətnlərin yaradılması

Bill Qeytsin sözləri ilə desək: «Kontent kraldır». O, haqlıdır, amma biz əlavə edə bilərik: kontent sizi və sizin kompaniyanızı kral etməyə qadirdir. Doğrusu, siz onun unikallığı üçün çalışsanız.

Kontent-marketinq

 

Ümumiyyətlə məzmun nədir və xüsusən unikal olan nədir?

Kontent sadəcə «saytdakı mətn» deyil, bu termin sizin öz auditoriyanıza sayt, akkaunt, email-məktub vasitəsilə ötürmək istədiyiniz mətn, vizual, video və audio formatında məlumatların toplusudur. Təbii ki, mətn burda mühüm əsasdır, amma bugün bununla məhdudlaşmaq geriyə addımlamaqdır. Buna görə də kontentə prezentasiyalar, infoqrafiklər, foto, video və s. daxildir.

Vacib bir məqamı nəzərə almaq lazımdır: düzgün kontentin məqsədi məhsulun satıcısının və ya xidmətin, yəni, sizin problemin həlli deyil. Kontentin məqsədi şəxsi suallara cavab axtaranların və şəxsi problemlərin həllini axtaranların, yəni, sizin potensial müştərilərinizin və istehlakçıların problemlərini üzə çıxarıb həll etməkdir. Əgər siz kontent vasitəsilə saytı ziyarət edənlərə onların istədiklərini verə bilsəniz, onun bütün suallarına cavab vermiş olsanız o, sizi yadda saxlayacaq və sizinlə uzun müddət hətta həmişəlik qalacaq. Kontent-marketinqdən danışaraq, biz bir addım irəli keçmiş olduq, hansı ki, birinci yerə müştərinin informasiyaya olan tələbatını qoyur.

Buna görə də unikal kontentə geri dönək. Bugün unikal kontent saytın axtarış sistemlərində sıralanmasında ən əhəmiyyətli faktorlardan biridir. Bütün dediklərimizə baxmayaraq mətn saytın istənilən informasiyasının böyük qismini əhatə edir və onun irəliləməsinin əsasını təşkil edir.

Unikal kontent dedikdə onun eksklüzivliyi, məna yükü və istifadəçiyə anlaşıqlı olması nəzərdə tutulur. Əslində saytın ziyarətçisi üçün unikal kontent elə də önəmli deyil, onu daha çox özünə faydalı olan informasiya əldə etmək maraqlandırır. Baxmayaraq ki, fayda kriteriyaları hər bir halda fərqlidir, ideal kontent özündə məlumatlılığı və cəlbediciliyi birləşdirməlidir.

Kontent-marketinq

 

SEO irəliləməsində unikal kontent

Axtarış sistemi üçün kontentin unikallığı birinci dərəcəli əhəmiyyət daşıyır, məhz bunun sayəsində onlar saytı sıralayır. Belə ki, məhz unikal kontent saytın axtarış sistemlərində top sıralamada olmasına şərait yaradır, məhz o saytın relevantlığını yüksəldir və resursun inkişafına öz töhfəsini verir.

Keyfiyyətli unikal kontentin yazılması asan məsələ deyil. Dediyimiz kimi mətnlər eyni zamanda insanlara maraqlı olmalı və axtarış sistemləri üçün optimallaşdırılmalıdır. Bununla yanaşı xatırlamaq lazımdır ki, saytın əsas məqsədi informasiyanı təqdim etməkdir. Belə ki, unikal kontent-mexaniki üsulla tərtib olunmuş mətn deyil, eyni zamanda axtarış sistemlərinın tələblərini yerinə yetirən, auditroiyanın suallarını əhatə edən və onlara iddialı cavablar verən keyfiyyətli materialdır. Xatırlamaq vacibdir ki, unikallıq saytın ayrı-ayrı səhifələrinə deyil, bütün sayta yayılmalıdır. Təkrarlanan materiallar resursun relevantlığına mənfi təsir edir.

Кontent-marketinq

 

Amma unikal kontentin yaradılmasının çətinliyi özünü doğruldacaq, çünki sizin məqsədli auditoriya saytı onların tələbinə cavab verən həqiqi faydalı məlumat kimi dəyərləndirəcək və məhz o kontentin şəbəkədə viruslu yayılmasını başladacaq.

Və ya əksinə, unikal olmayan kontent saytın reytinqinin düşməsinə, baxımlılığını itirməsinə, axtarış trafikinin pisləşməsinə və satışın qəfil azalmasına səbəb olur. Hətta əgər xidmətlər cəlbedici qiymətlərlə təklif olunursa belə, keyfiyyətsiz kontent saytın ziyarətçiləri itirməsinə səbəb olacaq. Buna unikal olmayan kontentlə irəliləməsinin heç bir mənası yoxdur.

Məqsədli auditoriyanın analizini, müxtəlif meydanlarda müntəzəm paylaşımları: həm daxili (kompaniyanın saytı, korporativ bloq, sosial şəbəkələrdə qruplar), həm də xarici (KİV, sayt partnyorlar və s.) nəzərdə tutan kontent marketinq haqqında bir neçə söz. O, həmçinin oxucuların kontent müəllifləri ilə aktiv dialoqa cəlb edilməsini, rəylərin yığılmasını, sorğu və konkursların aparılmasını nəzərdə tutur. Bütün bunlar sizin məhsul və ya xidmətlərinizin çoxsaylı istehlakçıları ilə güvənli əlaqələrin yaranmasına şərait yaradır.

Məhz kontent potensial alıcıların sizə lazım olan hərəkətə keçməsinə təkan verməyə qadirdir. Müntəzəm olaraq keyfiyyətli mətn materialları ilə zənginləşdirilən sayt axtarış sistemlərində yüksək mövqe tutur. Maraqlı kontent istifadəçini onu bəyənməyə, öz səhifəsində paylaşmağa vadar edir. Beləliklə sizin auditoriya genişlənir. Yaxşı kontent brendə olan inamı gücləndirir, başqa sözlə desək siz potensial müştərinin müttəfiqi olursuz. Çünki keyfiyyətli kontent sizin müştərilərinizə hər şeydən öncə onun qayğısına qaldığınızı, sonra öz maddi gəlirlərinizi düşündüyünüzü bildirir. Bunun nəticəsi olaraq sizin satışınızın səviyyəsi hər zaman yüksəlir.

Məqsədlər:

Brendin tanınması

Konversiyanın yüksəldilməsi

Satışın artırılması

Əməkdaşlıq

Kanal seçin

Dizayn

Veb inkişafı

Onlayn kanallar

Oflayn kanallar

Biznes