Email göndərişlər
Email marketinq - Məktubların kütləvi göndərilməsi
E-mail-göndərişlər - məktubların elektron poçt vasitəsi ilə kütləvi göndərilməsidir. Bu aksiyalar, kütləvi satışlar, yeniliklər, həmçinin öyrədici materiallar: xəbər, məqalə, vebinarlar haqqında məktublar ola bilər. Beləliklə, bunlar qəzet və ya jurnal kimidir; bir dəfə abunə olduqda siz onların hər buraxılışı elektron poçtunuza göndəriləcək. Yəni, istifadəçinin onu əldə edib-etməmək istəyi sərbəstdir, o, istənilən vaxt göndərişdən imtina edə bilər. Və elə etmək lazımdır ki, sizin brendə və ya kontentə maraq göstərən insanlar sizinlə uzun müddət qalsın.
Bir çoxları tez-tez email-göndərişlərlə spamı səhv salır, amma onlar kəskin fərqlənirlər. Email-göndərişlər onlara könüllü şəkildə yazılan şəxslərə göndərilir. Spam isə ona razılıq verilmədən göndərilir, buna görə də alıcılarda yalnız və yalnız qıcıq yaradır. Spamı göndərən şəxsə də bunun elə də faydası toxunmur, bununla yanaşı sistem adətən bu cür məktubları filterləyir.
Email-göndərişlər istifadəçiyə maraqlı olan kontentdir. Bu, trafikin və müştərinin cəlb olunmasının doğru və tamamilə şəffaf üsuludur. O, neqativ yaratmamaqla yanaşı brendə və ya resursa istifadəçi marağını artırır.
Email-göndərişlər müştəriyə nə isə almağı təklif etmir, sadəcə onu məhsulla tanış olmağa çağırır ki, bu da yox dərəcəsində neqativə səbəb ola bilər. Sayta göndəriş vasitəsi ilə keçidlər məhsul və ya xidmət alış verişinə hazır olan istehlakçılar ilə işləməyə şərait yaradır.
Email-marketinqin effektivliyi bir çox, həmçinin əcnəbi keyslər tərəfindən təsdiq olunub. Statistikaya əsasən 70% istifadəçi etiraf edir ki, onlar həmişə sevimli kompaniyalarından gələn məktubları açırlar. Bununla yanaşı göndəriş izləyicilərinin 95%i onların çox faydalı olduğunu düşünür. Email-göndərişlərin konversiyası orta hesabla sosial şəbəkələrin konversiyasından 3 dəfə daha artıqdır. Belə ki, orta hesabla email-marketinqə hər qoyulmuş dollara 44$ gəlir götürülür.
Bu yolla, email-marketinq izləyicilərlə biznesə daimi təkrarlanan satışa və alıcı və ya müştərilərin birdəfəlik geri dönüşünə imkan verən möhkəm və uzunmüddətli münasibət qurmağa şərait yaradır.
Anladığınız kimi, email-göndərişin müştəri cəlb etmək üçün effektiv kanal olması - faktdır. Biz sizə sübut edəcəyik ki, marketinq alətləri həqiqətən də işə yarayır. Email-göndərişlərinizin təşkilini bizə həvalə edin və biz sizə izləyicilərinizin loyallığını və nəticə olaraq satışınızın yüksəlməsinə kömək edəcəyik.
Biz email-strategiya işləyib hazırlayacayıq, mövcud olan göndərişlərin analizini aparacayıq, məqsədli auditoriyanı təyin edəcəyik, rəqiblərin strategiyasını öyrənəcəyik, yeni göndərişlərin məqsədini təsvir edəcəyik, onun realizasiya müddətini, tezliyi təyin edəcəyik və daha uyğun email-servisini seçəcəyik. Biz kontent-plan yaradacağıq, məktub formatını təyin edəcəyik, kompaniyanın kommunikasion tərzini yaradacağıq, avtoresponderlər (məktub zənciri) ssenari işləyib hazırlayacağıq. Biz yeni izləyicilər əldə etmək üçün strategiyalar quracağıq və maraqlı olmayan izləyiciləri ələyərək mövcud olan baza ilə effektiv işləyəcəyik. Biz unikal məktub şablonu yaratmağa və onu istənilən vasitəyə adaptasiya etməyə kömək edəcəyik. Biz sizin məqsədli auditoriyaya daha uyğun tərzdə mətnlər yaradacağıq. Biz daha uğurlu məktub mövzularını, hərəkətə keçmə və göndərişin istənilən digər elementinin təyin edilməsi üçün A/B testləri keçirəcəyik. Bundan əlavə biz aylıq statistikanın yığımını təmin edəcəyik, ətraflı hesabatlar aparacağıq, müsbət dinamikanı izləyəcəyik və effektiv nəticəyə çatmaq üçün strategiyanı korreksiya edəcəyik.
Email-marketinqin üstünlüyü və xüsusiyyətləri:
- Reklam kanalına dəstəyin aşağı dəyəri;
- Mümkün və ya gerçək müştəri bazasının yığılması;
- Biznes və müştəri arasında dialoqun qurulması;
- İzləyicilərdən məqsədli hərəkətin alınmasının vacibliyi (şərhlər, sifarişin rəsmiləşdirilməsi, tətbiqlər, ödənişsiz yüklənilən materiallar və s.);
Onlayn marketinq
Marketing alətləri
Brendin tanınması
Konversiyanın yüksəldilməsi
Satışın artırılması