Radio FM-də reklam

Məqsədlər:

Auditoriyanın geniş əhatə olunması

Diqqət və yaddaqalımlılıq

Sürətli yayılma

Oflayn marketinq

Radio FM-də reklam

Radio hər yerdədi: evdə, ictimai nəqliyyatda, küçədə, şəxsi avtomobildə. Bununla da, əksər zamanlarda insanlar duyaraq daha çox informasiya qəbul edirlər nəinki görərək, sevimli radio verilişdə və ya musiqi bəstələrinin arasında elanların dinlənilməsi dərhal şüuraltına təsir edir, bununla da həmin kütləni sizin daimi müştəriniz halına gətirir.

Radio FM-də reklam

 

Radio FM-də reklamın inkişaf vasitəsi kimi istifadəsi zamanı bəzi detalları nəzərə almaq lazımdı. Birincisi, sizin məqsədli auditoriyadan asılı olaraq radiostansiya seçmək lazımdı. İkincisi, sizin elanınızın yayım vaxtını, təkrarlanma tezliyini, uzunluğunu və mesajın formatını və s. detalları nəzərə almaq lazımdır. Radioda reklamınızın formatı da böyük rol oynayır. O, fərqli ola bilər.

v

 

Misallara baxaq:

İnformasiya yayımları

Əksər hallarda diktor (diktorlar) tərəfindən musiqi müşaiəti ilə (çox vaxt musiqisiz) mətnin oxunmasını təşkil edir.

Oyun rolikləri

Bunlar mini-radiotamaşalar ya da səhnəciklərdi: rəfiqələrin, dostların söhbəti, dükanda səhnəcik, hansısa səhnənin, konsertin, hətta radioverilişin yamsılanması, imitasiyası. Əksər hallarda belə çarxlar yumorla əhatə olunur və eyni zamanda dinləyicinin informasiya qəbulunu rahatlaşdırır, eləcə də, sizin məhsulunuza rəğbət yaradır.

İmic çarxları

Bir qayda olaraq bu - ciddi şirkətlərin və brendlərin çarxlarıdı və bu çarxlarda söhbət hansısa aksiya və endirimlərdən getmir. Bu çarxlar şirkət haqqında təsəvvürün yaradılması, onun hədəfinin anlaşılması və brendin möhkəmləndirilməsinə yönəlib.

Musiqili loqotiplər

Bu şirkətlərin qısa musiqili devizləri, sloqanlarıdı: şirkətin oxunmuş adı, onun devizi, və yaxud qısa mesaj. Ən məşhur musiqili loqotip Coca-Cola-ya məxsusdur. Bizim agentlikdə reklam sifariş edərkən, bizim mütəxəssislərin məhz sizə uyğun elan formatı seçəcəyindən, onun dəqiq yayım vaxtını və periodikliyini dəqiq hesab hesablayacağından əmin ola bilərsiniz. Və ən əsası - biz belə reklamın effektiv olacağına zəmanət veririk.

.

Məqsədlər:

Brendin tanınması

Konversiyanın yüksəldilməsi

Satışın artırılması

Əməkdaşlıq

Kanal seçin

Dizayn

Veb inkişafı

Onlayn kanallar

Oflayn kanallar

Biznes