Tədbirlərin təşkili
İvent marketinq
Hər bir insanın həyatında daim onun xatirəsində qalacaq hadisələr baş verir. Gündəlik həyatı belə maraqlı və uzun müddət yadda qalacaq hadisələrlə "əlvanlaşdırmaq" vacibdir. Biznesin irəlilədilməsi strategiyasını hazırlayarkən və reklam, PR kampaniyaları apararkən, işinizin inkişafında müəyyən mərhələləri qeyd etməyə, müştərilərə təqdim etdiyiniz məhsul və ya xidmətə qarşı loyallıq (sadiqliq) hissi oyadan tədbirlərə xüsusi önəm veririk.
Biz fəaliyyət sahəsindəki üç istiqamətdən ikisini birləşdirən Event-marketinqlə məşğuluq: marketinq və yaradıcılıq.
İngilis dilindən tərcümədə "İvent" (event) "hadisə" deməkdir. Yəni, ivent-marketinq - hədəf auditoriyanın və müştəri bazasının müxtəlif tədbirlər vasitəsilə genişləndirilməsidir.
Tədbirlərin keçirilməsi şirkətin imicini yaratmağa və dəstəkləməyə kömək edir; onun köməyi ilə auditoriyaya özü haqqında xəbər vermək və ya xatırlatma etmək olar.
Event-marketing və ya hadisələr marketinqi, müntəzəm keçirilən tədbirlər vasitəsilə məhsul və ya xidmətin yüksək səviyyədə təqdimatını təşkil edərək şirkət və müştərilər arasında sıx əlaqələrin yaranmasına kömək edir.
EVENT marketinqin ciddi gəlir gətirməsi üçün bütün proses - məqsədin qoyulması, tədbirin konsepsiyası və onu işıqlandırma üsullarının seçilməsi, məkan (meydança) və onun texniki təchizatı- düzgün və ardıcıl olaraq qurulmalıdır.
Yalnız dəqiq yanaşma ilə qüsur və yanlışlıqlardan qaçmaq mümkündür.
İvent-marketinqin əsas mərhələri
- Tədbirin konsepsiya və ssenarisini hazırlanması
- Tədbirin KİV-də (mediada) elan edilməsi
- Tədbirin keçiriləcək məkanın seçilməsi və sifariş edilməsi
- Mədəniyyət proqramının seçilməsi: artistlər, aparıcılar, musiqi və əyləncə nömrələri
- Tədbir yerinin dekorasiyası
- Tədbirin texniki təchizatı - işıq, səs, proyektor
- Tədbirin idarə edilməsi və keçirilməsi
- Foto və videohesabatların hazırlanması
- Tədbirin keçirilməsi haqqında KİV-lərə hesabatın hazırlanması
Kompaniyanızın mühüm tədbirlərinin təşkilini bizim agentliyə həvalə edin, məsələn, ildönümü, yeni bir məhsul və ya xidmətin təqdimatı, böyük bir tədbirin açılış və ya bağlanma mərasimi, təntənəli mükafat təqdimetmə mərasimləri, konfranslar, mətbuat konfransları, sərgilər, hörmətli qonaqlar şərəfinə təşkil edilən tədbirlər və s.
Tədbiriniz rezonans yaradacağına və hədəf auditoriyanızın uzun müddət yadında qalacağına əmin olun.
Oflayn marketinq
Marketing alətləri
Brendin tanınması
Konversiyanın yüksəldilməsi
Satışın artırılması