Kontekst reklam

Məqsədlər:

Brendin irəlilədilməsi

Satış həcminin artırılması

Trafikin maksimallaşdırılması

Onlayn marketinq

Youtube-da və axtarış sistemlərində kontekst reklamı

Kontekst reklam - məzmunu istifadəçinin marağından asılı olan reklamdır; bu, onun digər reklam növlərindən əsas üstünlüklərindən biridir. Axtarış reklamı axtarışı sistemlərinin axtarışı nəticəsində göstərilir. Axtarış reklamını nümayiş etdirmək üçün mütləq şərt - istifadəçi tərəfindən göstərilən açıq axtarış sorğusunun olmasıdır.

Kontekst reklam

 

Kontekst reklam necə yaranıb?

90-cı illərin sonunda Google axtarış sisteminin yaradıcıları, Larri Peyk və Sergey Brin, öz nəhəng layihələrinin necə monetləşdirilməsi barədə düşünmüşlər. Elə o zaman sorğu ilə bağlı olan mətn reklamlarını axtarış nəticələrinin yanında nümayiş etdirməyə qərar verildi. Bu fikir mükəmməl oldu və kontekst reklam onlayn reklamın ən populyar vasitələrindən birinə çevrildi. Hazırda bu - şəbəkədə sizin potensial müştərilərinizin sadiqliyini əldə etmək üçün yüksək dəqiqliyə malik bir vasitədir.

Google AdWords alətləri vasitəsilə auditoriyanızı seçə və reklam elanını məhz ona çatdıra bilərsiniz ki,  bu da  reklam büdcələrini maksimum effektlə istifadə etməyə imkan verir.

Kontekst reklam

 

Kontekst reklamın məqsədi və effektivliyi.

  • satışların artırılması
  • reklam aksiyasının aparılması
  • trafikin maksimallaşdırılması
  • yeni bir məhsul və ya xidmətin bazara çıxarılması
  • marka (brend) haqqında məlumatları artırmaq.

 

Kontekst reklamının üstünlükləri:

  • Fasiləsizlik - reklam yalnız müəyyən məhsul və ya xidmətdə maraqlananlara göstərilir.
  • Başlanğıc sürəti. Reklamlar reklam kampaniyası qurulduqdan və AdWords balansını doldurduqdan dərhal sonra görünür.
  • Dəqiqlik. Hədəflərin müxtəlif üsulları sayəsində kontekst reklamı sizin hədəf auditoriyanıza mümkün qədər dəqiq uyğunlaşdırmaq olar.
  • Çeviklik. AdWords, akkaunt parametrlərini tez bir zamanda dəyişə və reklamınızı maksimum effektiv səmtə yönəltməyə imkan verir.
  • Nəticələrə görə ödəmə. Yalnız müştərinin özünun əvvəldən müəyyən etdiyi konversiya üçün ödənişin qurulması.

 

Lakin, məqsəddən asılı olaraq, reklamın yerləşdirilməsi, onların sayı və digər parametrlər dəyişir. Reklam kampaniyasının işinin hər günü istənilən vaxt əldə edilə bilən statistikada nəzərə alınır. Bu, neçə istifadəçinin gördüyünü və neçə istifadəçinin saytınıza elanla gəldiyini öyrənməyə imkan verir. Və siz yalnız reklamınıza tıklandıqda ödəniş edirsiz. Bu zaman bir reklamın qiyməti sizdən asılıdır: reklamınızın daha yaxşı bir vəziyyətdə görünməsini istəyirsinizsə, tıklamaya görə qiyməti qaldırın.

Google AdWords, həmçinin, Youtube-da kontekst elanlar yerləşdirməyə imkan verir ki, bunun üstünlüyü aşağıdakılardır:

  • çox böyük auditoriya
  • müəyyən videolarda və ya kanallarda banner yerləşdirmə imkanı
  • rolik və ya kanal mövzusunu seçmək imkanı
  • auditoriyanın hər hansı, hətta çox dar bir mövzuya, uyğunlaşdırılması
  • istifadəçilərin maraqlarını nəzərə alınması
  • davamlı olaraq artan auditoriya.

 

YouTube iki reklam formatına malikdir- AdWords köməyi və videoların, ümumilikdə kanalın irəlilədilməsi ilə.

Ancaq ən əsası - sizin reklamınızı maksimum effektiv etməkdir. Elan, istehlakçının tələbini aydın şəkildə əks etdirməlidir, yəni onun istəyinə mümkün qədər uyğun olmalıdır. Beləliklə, elanın tıklanma çoxluğunu öyrənmək olar (Click Through Rate - CTR), yəni bir reklamdakı tıklamaların sayının hit sayılarına nisbəti. CTR faizlə qiymətləndirilir.

Yəni, CTR nə qədər yüksəkdirsə, reklam daha çox tələbə cavab verir və Garantlı Görünüşlərə və ya Xüsusi Yerləşdirməyə daxil olmaq qiyməti sizin üçün aşağı olacaq.

Targeting

 

Hədəfləmə:

Müvəqqəti hədəfləmə elanların yalnız kompaniyanın iş vaxtına uyğunlaşmasına imkan verir. Məsələn, kompaniyanın qeyri-iş vaxtlarında sifarişlərin qəbulu haqda elan verməyin mənası yoxdur.

Coğrafi hədəfləmə - reklamların ayrılıqda götürülmüş hər hansı bir ölke, bölgə və ya şəhər üçün uyğunlaşmasına imkan verir. Auditoriyası Azərbaycan olan reklamçılar üçün çox faydalıdır.

Davranış targetinqi - istifadəçilərin maraqlarını nəzərə alır və istifadəçilərin maraqlarına uyğun tərəfdaş saytlarda reklam verməyə imkan verir.

Tıklamalardan sonra analiz. Google AnalyticsYandex Metrika statistika hesablayıcılarının köməyilə reklam kampaniyalarının effektivliyini təhlil etməyə imkan verir.

Qeyd edək ki, bütün bu tənzimləmələr reklamçının qoyduğu məqsəddən asılıdır, buna görə biz konkret olaraq sizin kampaniya üçün kontekst reklam hazırlaya bilən mütəxəssislərə müraciət etməyi məsləhət görürük.

.

Məqsədlər:

Brendin tanınması

Konversiyanın yüksəldilməsi

Satışın artırılması

Əməkdaşlıq

Kanal seçin

Dizayn

Veb inkişafı

Onlayn kanallar

Oflayn kanallar

Biznes