Aero foto videoçəkiliş

Oflayn marketinq

Aeroçəkiliş xidmətləri. Dron - kvadrakopter vasitəsilə yüksəklikdən ərazinin aero foto-video çəkilişi.

Aero foto videoçəkiliş - xüsusi avadanlıqdan istifadə etməklə kifayət qədər yüksəklikdən ərazinin çəkilişidir. Aeroçəkiliş - unikallığı, universallığı və istənilən rakurs seçmək imkanı ilə cəlb edir. Hazırda vertolyotdan, krandan və ya təyyarədən çəkilişi böyük bir sahəni əhatə edən və buna görə də çox məlumatlı olan dronla (kopter) çəkiliş uğurla əvəz edir.

 
Aero foto videoçəkiliş
 

Bir fotoşəkildə sizi maraqlandıran obyekti və onun ətrafındakı ərazilər göstərilə bilər ki, bu da onun əlverişli yerini vurğulayacaq.

Kopterin köməyi ilə aero videoçəkilişlərə bu gün reklam çarxlarınin istehsalında, kino sənayesində, şou-biznesdə, video-təqdimatlarda böyük tələbat vardır.

Aero foto videoçəkilişlər şərti olaraq iki növə bölünür: perspektiv və planlı. Perspektiv (kamera yer səthinə müəyyən bucaq altında yerləşdirilir) bədii istiqamətlidir və memarlıqda, yaşayış kompleksləri və otellərin çəkilişində istifadə olunur. Planlaşdırılan aero fotovideoçəkiliş videoları (kamera yer səthinə parallel olaraq yerləşdirilir) əsasən texniki xarakter daşıyır, lahiyələşdirmə və tikintidə istifadə olunur. Ən populyar olanlardan biri havadan panoram çəkilişidir. Bu çəkilişlərə daha çox tələbat daşınmaz əmlak və torpaq sahələri sahibləri, rieltor və memar, tikinti şirkətləri və turizm obyektləri tərəfindən olur.

 

 

 

 

Aeroçəkilişin Üstünlükləri:

  • unikal baxış bucağı
  • yüksək imkanlar

 

Çəkiliş hündürlüyü bir neçə yüz metrə çata bilər və bu, yerdən çəkilə bilməyən rakursları əldə etməyə imkan verir.

3D aeropanoramaları sayta inteqrasiya etmək asandır, onlara Flash və HTML5 texnologiyasını dəstəkləyən bir çox müasir qurğularda baxıla bilər. Bu zaman bir neçə əlaqəli panoramalar virtual tur şəklində birləşdirilə bilər ki, bura həm aeropanoramalar, həm də yerdən panoram çəkilişləri, eləcə də foto və videokontent də daxil ola bilər. Virtual turlar təqdimatlarda, otel və yaşayış komplekslərinin reklamlarında, lahiyələşdirmə və tikintidə geniş istifadə olunur.

 
Aero foto videoçəkiliş
 

Agentliyimiz istənilən çətinlik səviyyəsində aeroçəkiliş xidmətləri təklif edir. Biz sizin ən yaxşı nəticə əldə etməyiniz üçün foto və videolarınızı "düzəltməyə" kömək edəcəyik.

Məqsədlər:

Brendin tanınması

Konversiyanın yüksəldilməsi

Satışın artırılması

Əməkdaşlıq

Kanal seçin

Dizayn

Veb inkişafı

Onlayn kanallar

Oflayn kanallar

Biznes