50-dən çox top markaların dekorativ və qulluq kosmetika növləri təqdim olunan İnternet-mağaza. Burada heç bir saxta məhsul yoxdur, yalnız orijinal yüksək keyfiyyətli məhsullar var.
Keysin yaranma tarixi:
Instagram səhifəsindən kiçik biznesə qədər.
Bu gün onlayn mağaza bütün MDB ölkələrinə məhsullar çatdırır.
Məqsədli auditoriya: Özünə baxan və müasir kosmetologiya tendensiyasını izləyən 18 yaşdan yuxarı qızlar və qadınlar.
Əməkdaşlıq Tarixi: 2016-dan indiki dövrə qədər.
Xidmət: Kompleks İnternet Marketinq.
Brendin irəlilədilməsi işi 2016-cı ilin sonundan başladı, o zaman bu, 3 min izləyicisi olan, keyfiyyətli brend kosmetika satışı aparan adi instagram səhifəsi idi.
Əməkdaşlıq dövründə nə etdik?
Bizim iş üç ildir davam edir və bu müddət ərzində biz tam hüquqlu onlayn mağaza yaratdıq, MMC qeydiyyatı apardıq və instagram səhifəsini onlayn və oflayn biznesə çevirdik. Bu gün real izləyicilərimizin sayı 160.000-dir, bundan əlavə artıq real Bodycare mağazasına gələn müştərilər də var.
Bunu necə etdik?
Əvvəla, biz Instagram-səhifəsini onlayn mağazaya çevirdik.
Şirkətin stilini yaratdıq - Brendinq.
Axtarış sorğularının bütün spektrlarını özündə cəmləşdirən geniş semantik əsas topladıq.
Saytın axtarış optimizasiyasını yaratdıq.
Kontent-marketinq strategiyası hazırladıq, kosmetika üzrə məşhur sorğuları öyrəndik.
Orijinal və unikal kontent hazırladıq: fotoşəkillər və videolar təşkil edildi.
Mağazada təqdim olunan hər bir məhsulun şəkli çəkildi, hər şəkilin altına onun haqqında məlumat və məhsulun keyfiyyəti barədə yazıldı. Bu, istifadəçilərdə məhsulların müxtəlifliyi və keyfiyyəti barədə əyani təsəvvür yaratmaq və konversiyanı artırmaq üçün edildi. Bundan əlavə, şəkillərin yazıları axtarış sistemlərində də sıralanır və bununla da şəkil vasitəsi ilə trafik artırılır.
Trafiki artırmaq və sayta daha çox auditoriya cəlb etmək üçün saytda Bloq yaradıldı. Bu bloqda müntəzəm olaraq məqsədli auditoriyanı maraqlandıran məqalələr dərc olunur: yeni kosmetik vasitələrin nəzərdən keçirilməsi, populyar məhsullar haqqında rəylər, yeni tendensiyalar haqqında məlumat, gözəllik blogerləri və kosmetoloqların məsləhətləri və s.
Aktiv fəaliyyət göstərən sosial şəbəkələri cəmləşdirdilər: Facebook, Instagram, Pinterest, Google+, Vkontakte, Twitter, Youtube.
Ətraflı qiymət siyahısı əlavə olundu. Onlayn məhsulların ödəniş xidmətini bank kartları vasitəsilə həyata keçirdik (ekvayrinq). Cashback funksiyasını birləşdirdik.
Ölkənin istənilən hissəsinə, və biznesin inkişafı ilə MDB ölkələrinə məhsul çatdırmaq üçün kuryer xidmətini yaratdıq.
Saytda onlayn-konsultant seçimini yaratdıq. Bundan əlavə, "onlayn konsultant" pəncərəsinə istifadəçilər rəylər buraxır, bu da şirkətə olan inamı artırır və xidmət səviyyəsinin qiymətləndirilməsinə imkan verir.
Müntəzəm e-poçt göndərişlərini təşkil etdik, bununla da email vasitəsi ilə müştəri bazası yığmağa başladıq.
Blogerlərlə fəal işə başladıq: müntəzəm olaraq giveaway-lər, müsabiqələr, aksiyalar və s. təşkil olunur. Bütün bunlar izləyici sayını saytın konversiyasını artırmağa imkan verir.
Saytda konversiyanı qaldırmaq üçün sistem təşkil etdik, bu sistemin sayəsində biz hər bir potensial müştərinin addımlarını, sayta girərək etdiyi seçimi (səbətə bir məhsul əlavə etdiyini), lakin satın almadığını izləyə bilirik. Bunun sayəsində onlarla əlaqə qurmaq və endirim təklif etmək imkanı yarandı, bununla da onu sayta qaytarır və loyallığı artırırıq. İnternet mağazalarda istifadə olunan bütün mövcud və məşhur modullar həyata keçirilmişdir.
Kompaniyanın yoxlanışı ilə SSL Comodo Extended (green) təhlükəsizlik sertifikatını qeydiyyatdan keçirdik.
Artıq məşhur olan internet-mağazaya real mağaza əlavə etdik, bu, təchizatçı şəbəkəsini genişləndirməyə icazə verdi və tanınmış şirkətlərlə əməkdaşlığa yeni imkanlar açdı.
Dürüst təşviqat öz nəticəsini verir
Axtarış sistemləri hər gün öz alqoritmlərini artırır, buna görə də biz maksimum şəffaflıq ilə real nəticələr verən üsulları seçirik. Bunun sayəsində, bu gün BODYCARE yalnız populyar bir onlayn mağaza deyil, həmçinin daim sayı artmaqda olan böyük bir auditoriyanın güvəndiyi sərbəst bir brenddir.
Diqər
Brendin tanınması
Konversiyanın yüksəldilməsi
Satışın artırılması