MariVanna Baku restoranının irəlilədilməsi marketinqi
Müddəti: 6 ay
Müştəri: Mari Vanna Operating Company
Ginza Poject ilə komanda işi.
Bakıda Mari Vanna restoranının açılışı yaxınlaşırdı, bu restoran dünyada ümumiyyətlə öz üslubu və tarixi ilə tanınmışdı. Advance.Azerbaijan şirkətimiz marketinq işi üzrə ən səmərəli irəlilətmə strategiyasını təqdim etmək üçün tender qazandı. Onun həyata keçirilməsi bizə maksimal məqsədli auditoriyanı əhatə etməyə, MariVanna brendini təqdim etməyə və potensial müştərilərdə düzgün təəssurat yaratmağa, gələcək müştərilərdə maraq oyatmağa və onları restoranın açılışını səbrsizliklə gözləməyə vadar etməyə imkan yaratdı. Başqa sözlə desək, bizə verilmiş bütün vəzifələri uğurla yerinə yetirdik.
Strategiyamız haqqında daha ətraflı:
Teaser kampaniyası
İki ay ərzində kampaniyanın əsas məqsədi şayiələr yaymaq və onun yiyəsi - sirli Marivanna nənənin adı ilə adlandırılmış restoranın açılmasına maraq oyatmaq idi. İrəlilətmə kanallarının təqdimatı (sosial şəbəkələr, KİV, bloger) sayəsində auditoriyaya Marivanna adı altında nəyin gizləndiyi, onun niyə məşhur olduğu, harda və niyə açıldığına dair mini hekayələr təqdim olunmuşdu. Hər bir yazı maraq doğurdu və hər keçən gün artan auditoriyada maraq və suallar yaranırdı.
Bu mərhələdə də:
- Facebook və Instagram-da sosial səhifələr yaradılıb, fəal şəkildə inkişaf etdirildi;
- KİV üçün unikal məzmun yaradıldı;
- SMM üçün unikal məzmun yaradıldı;
- Blogerlər üçün məzmun hazırlandı;
- Kampaniyanın uzunmüddətli planlaşdırılması tərtib edildi;
- Paylaşımların sosial şəbəkələrdə ödənişli təbliğatı təmin edildi.
Əlavə olaraq:
- Monitorlar üçün təqdimat videosu hazırlanır.
- Radio üçün audio rolik yazılır.
MEDİA PLANI:
Launch kampaniyası
Restoranın açılışı baş tutdu, bu da Bakıda real bir hadisə oldu. Bütün məşhurların, blogerlərin, ictimai xadimlərin, idmançıların, sənətçilərin, musiqiçilərin və digərlərinin iştirakı ilə ərzaq testi təşkil edilmişdir. Sosial şəbəkələrdə ərzaq testində iştirak edənlərin paylaşımları kontent “partlaması”na səbəb oldu: onlar foto, video, status paylaşır, həmçinin bir-birinin paylaşımlarına rəy bildirir və bir-biriləri ilə yeni restoran haqqında təəssuratlarını bölüşürdülər.
Eyni zamanda, Facebook və Instagram-da Mari Vanna restoranının səhifəsində paylaşımlar aktiv şəkildə yenilənir və irəliləyirdi.
Grand Opening
Rəsm açılış baş tutdu və restoranın qapıları bütün qonaqlara geniş açıldı. Fəal reklam kampaniyası sayəsində bütün şəhər restoranın açılışına gəldi və onu bir neçə həftəlik uzatmaq lazım oldu.
Hərtərəfli brend təşviqi
Strategiya: PR-tədbirlərin gücləndirilməsi, planlaşdırılan bütün irəlilətmə kanallarının birləşdirilməsi.
Yerlər: (1 aylıq müddət)
- Heydər Əliyev adına Hava Limanı
- Azadlıq prospekti, Üzeyir Hacıbəyov küçəsinin kəsişməsi
- M.Hüseyn - Seydbəyli (Teleteatr)
- Qurucular prospekti
- R. Behbudov küç. / Ü. Hacıbəyov (Park Sahil)
- Bakıxanov küç. / R. Behbudov küç.
- R. Behbudov küç. (Xarici Dillər Universiteti)
- Ü. Hacıbəyov küç. / Y. Səfərov (Cavanşir körpüsü)
- Nizami küç. (Nərgiz Ticarət Mərkəzi)
Kanallar: 102, 106, 107.7 (1 aylıq müddət)
Day.Az, 1News.Az, Oxu.Az, Baku.Ws (8 press-reliz)
Facebook, Instagram
Banu Mourad, Nika Danilov, iBlondie, Rəna Yüzbaşı
Diqər
Brendin tanınması
Konversiyanın yüksəldilməsi
Satışın artırılması